
Müasir dünya şirkətlərin dəyişməyini və müasir reallıqlara uyğunlaşmasını tələb edir. Bu gün müştəri, istehlakçı və onun prioritetləri bütün qurumların fəaliyyətlərinin mərkəzindədir. Müştərilərin istəkləri, seçimləri, ehtiyacları və rabitə kanalları çox sürətlə dəyişir və qurumlar bu dəyişikliklərə sürətli və məhsuldar formada uyğunlaşmalıdır. Bu vəziyyət, kommunikasiya fəaliyyətlərinizin güclü və zəif tərəflərini görmək və ölçmək üçün sizi mütəmadi olaraq komunikasiya sözçüsü olmağa vadar edir.
Biz kommunikasiya yoxlaması aparırıq və aşağıdakı mövzularda tövsiyə veririk:
- Mövcud tərəfdaşlarla kommunikasiya səviyyəsini dəyərləndirmək;
- Maraqlı tərəflər, hədəf auditoriyası ilə bağlı problemlər daxil olmaqla mövcud problemləri təhlil etmək və həll yollarını müəyyənləşdirmək;
- Kommunikasiya vasitələrini və hədəflərini yaratmaq və ölçmək;
- Korporativ mədəniyyət səviyyəsini təhlil etmək;
- Kommunikasiya proqramı və fəaliyyət təklif etmək.